Xəbərlər


XXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu

Xəbər verdiyimiz kimi, "Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə oktyabrın 15-də start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadasına yekun vurulub. 30 müəssisədən 1412 iştirakçının 14 idman növü üzrə mübarizə apardığı turnirdə Heydər Əliyev adına Neft Emalı Zavodu ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi 2-ci, "Neft Daşları” Neftqazçıxarma İdarəsi isə 3-cü yeri tutub.

Bu gün "Neftçi İdman Klubu”nun inzibati binasında qaliblərin mükafatlandırılması mərasimi keçirildi. İlk öncə klubun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək Spartakiadanın gedişatından və təntənəli surətdə keçirilən açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasından geniş söhbət açdı. Turnirin çox gözəl və ədalətli keçməsini qeyd edən natiq, tədbir boyu kiçik nöqsanlar olsa belə, onun tez bir zamanda aradan qaldırılmasından məmnunluğunu ifadə etdi.

Sonra klubun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək tədbir iştirakçılarına icraçı direktor Sadıq Sadıqovun salam və təbriklərini çatdırdı. Spartakiadanın ildən-ilə təkmilləşməsindən və növbəti illərdə daha da yaxşı təşkil olunacağından söhbət açan klub rəsmisi bu işdə iştirakçıların da böyük pay sahibi olduqlarını xüsusi vurğuladı. O, bütün iştirakçılara yarışlarda göstərdikləri fəallığa görə dərin minnətdarlığını bildirdi və qalibləri təbrik etdi.

Ardınca qaliblərin mükafatlandırılmasına başlanıldı və kuboklar sahiblərinə təqdim olundu.

Tədbirin sonunda çıxış edən neft, qaz və kimya sənayesi müəssisələrinin nümayəndələri Spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə "Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildirdilər.

XXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olunduXXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olunduXXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olunduXXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu
XXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu
XXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu
XXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu
XXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu
XXVI Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu