Xəbərlər


İdmançılarımız səmti müəyyənetmə turnirində

Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyənetmə idman növü üzrə turnir keçirilib. Vyaçeslav Filipovun xatirəsinə həsr olunmuş yarışda 60-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri bu turnirdə də fərqləniblər. Vladislav Tuzov kişilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gennadi Klim isə yarışı 3-cü pillədə başa vurub. Xanım idmançıların mübarizəsində komandamızın məşqçisi Natalya Əliyeva turnirin gümüş medalına layiq görülüb.

İdmançılarımız səmti müəyyənetmə turnirindəİdmançılarımız səmti müəyyənetmə turnirində