Xəbərlər

Spartakiadada daha 7 idman növü üzrə yarışlar sona yetdi

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası davam edir. Mötəbər yarışların beşinci günündə daha 7 idman növü (mini-futbol, stritbol, stolüstü tennis, voleybol, nərd, darts, kəndirdartma) üzrə mübarizələrə son verildi.

Mini-futbol yarışında "SOCAR Petroleum” komandası qalib adını qazandı. Heydər Əliyev adına Neft Emalı Zavodu 2-ci, "Boss Şelf” komandası isə 3-cü yerə sahib oldu. Stritbolnövündə də kişilər arasında "SOCAR Petroleum” liderliyə yüksəldi. "Boss Şelf” ilə Heydər Əliyev adına NEZ isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürdülər. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası fəxri kürsünün ən yüksək pilləsinə qlxdı. Neft Kəmərləri İdarəsi 2-ci, "Neft Daşları” isə 3-cü pillədə qərarlaşdı. Stolüstü tennis yarışlarında Heydər Əliyev adına NEZ yenidən liderliyi ələ keçirdi. Qaz Emalı Zavodu 2-ci, "Azərkimya” İstehsalat Birliyinin komandası isə 3-cü yerə çıxdı. Voleybolda "Boss Şelf” komandası kişilər arasında birinci oldu. Yarışlara ilk dəfə qatılan Sosial İnkişaf İdarəsinin kollektivi 2-ci, Heydər Əliyev adına NEZ isə 3-cü yeri tutdu. Xanımların mübarizəsində Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası liderliyə yüksəldi. "Azərkimya” İB və Neft Kəmərləri İdarəsi isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürdülər. Darts idman növündə həm kişilər, həm də qadınlar arasında Neft Kəmərləri İdarəsi qalib adını qazandı. Kişilər arasında Heydər Əliyev adına NEZ və "Siyəzənneft” NQÇİ, qadınlarda isə Heydər Əliyev adına NEZ ilə "Azərkimya” komandası müvafiq olaraq sonrakı pillələrdə qərarlaşdılar. Kəndirdartma idman növündə də qaliblər müəyyənləşdi. "Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası hamıdan güclü oldu. Finalda bu kollektivə məğlub olan Nəqliyyat İdarəsi 2-ci, "SOCAR Petroleum” isə 3-cü yerə çıxdı. Nərd yarışlarında "Neftqaztikinti” Trestinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. "Bahar Enerji” Əməliyyat Şirkəti 2-ci, "Siyəzənneft” NQÇİ isə 3-cü pillədə qərar tutdu.

Spartakiadada daha 7 idman növü üzrə  yarışlar sona yetdiSpartakiadada daha 7 idman növü üzrə  yarışlar sona yetdiSpartakiadada daha 7 idman növü üzrə  yarışlar sona yetdi