Xəbərlər


Atletika, üzgüçülük və futtennis yarışları başa çatdı

Xəbər verdiyimiz kimi, oktyabrın 15-də neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası start götürüb. 14 idman növü üzrə təşkil olunan yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Aura” İdman Klubunda, güllə atıcılığı üzrə isə Tofiq İsmayılov adına OTİK-də keçirilir.

Artıq atletika, üzgüçülük və futtennis idman növləri üzrə yarışlara yekun vurulub.

Atletika yarışlarında 100 metr məsafəyə qaçışda kişilər arasında Elçin Məmmədov (Heydər Əliyev adına NEZ), qadınların yarışında isə Məryəm Ömərova ("Qaz İxrac” İdarəsi) finişə ən tez çatıb. Qaçaraq uzunluğa tullanmada "Qaz İxrac” İdarəsinin nümayəndəsi Pərviz Əliyev, zərif cinsin nümayəndələrindən isə” Neftqaztikinti” Trestinin təmsilçisi Esmira Nəsrəddinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yerindən tullanma yarışında Elşən Əsədov ("Qaz İxrac” İdarəsi) hamını üstələyib. Məryəm Ömərova ("Qaz İxrac” İdarəsi) isə xanımlar arasında ən yaxşı göstəriciyə sahib olub. Nüvəitələmədə kişilərdən Vüsal Əsədov (Neft Daşları NQÇİ), qadınlardan isə Lalə Bədəlova (Neft Kəmərləri İdarəsi) birinci olub.

Ailə komandaları üzrə oğlanlar arasında Sadıqovlar ailəsi (Heydər Əliyev adına NEZ), qızlar arasında keçirilən yarışlarda isə Əsədovlar ailəsi (Neft Daşları NQÇİ) qalib adını qazanıb.

Üzgüçülük yarışlarında Rişad Zeynalov (Heydər Əliyev adına NEZ) qalib adını qazanıb. Xəyyam Həsənovla ("Neftqaztikinti” Tresti) Fərid Əliyev ("SOCAR Petroleum”) isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər. Qadınlar arasında Neft Daşları NQÇİ-nin təmsilçisi Olqa Okunyova liderliyə yüksəlib. Aysel Hüseynzadə (Neft Kəmərləri İdarəsi) 2-ci, Nazilə Əkbərova (Heydər Əliyev adına NEZ) isə 3-cü yerə çıxıb.

Futtennis yarışında Neft Kəmərləri İdarəsinin Fərid Səttərov, Şəmil Nəzərəliyev, Yusif Yusifov və Fərhad İmamquliyevdən ibarət komandası qalib olub. "Qaz İxrac” İdarəsi (Ramin İsayev, Orxan Namazov, Pərviz Əliyev, Elnur Zeynalov) 2-ci, Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası (Pünhan Əsədov, Tərlan Rüstəmov, Xalid Bayramov, Cavid Ələkbərov) isə 3-cü yeri tutub.

Qeyd edək ki, oktyabrın 17-də spartakiadada daha üç idman növü – voleybol, stritbol və şahmat üzrə yarışlara start veriləcək.

Atletika, üzgüçülük və futtennis yarışları başa çatdıAtletika, üzgüçülük və futtennis yarışları başa çatdıAtletika, üzgüçülük və futtennis yarışları başa çatdıAtletika, üzgüçülük və futtennis yarışları başa çatdı
Atletika, üzgüçülük və futtennis yarışları başa çatdı
Atletika, üzgüçülük və futtennis yarışları başa çatdı
Atletika, üzgüçülük və futtennis yarışları başa çatdı
Atletika, üzgüçülük və futtennis yarışları başa çatdı