Xəbərlər


Şahanə Nəzərova yeniyetmələrin Olimpiadasında bürünc medal qazandı

"Neftçi İdman Klubu”nun güləşçisi Şahanə Nəzərova (43 kq) Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. B qrupunda yer alan idmançımız yarışa uğurlu start verib. O, ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriya güləşçisini də məğlub edən təmsilçimiz 3-cü görüşdə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçinin müqavimətini yenə də qıra bilməyib. Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə qalib gələn klubumuzun yetirməsi Olimpiadanın bürünc medalına layiq görülüb.

Şahanə Nəzərova yeniyetmələrin Olimpiadasında bürünc medal qazandıŞahanə Nəzərova yeniyetmələrin Olimpiadasında bürünc medal qazandıŞahanə Nəzərova yeniyetmələrin Olimpiadasında bürünc medal qazandı