Xəbərlər


XXVI Spartakiadaya start verildi

«Neftçi İdman Klubu»nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadasına start verilib.

Klubumuz ilboyu neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni isə Spartakiadadır.

Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası keçirilir. Yarışda 30 müəssisənin komandası mübarizə aparır. Bu mötəbər yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1412 nəfər iştirak edir ki, onlardan da 334-ü qadınlardır. Yarışlar Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Aura" İdman Klubunda, güllə atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək. Oktyabrın 15-də start götürmüş Spartakiadaya adıçəkilən ayın 21-də yekun vurulacaq.

XXVI Spartakiadanın təntənəli açılış mərasimi oktyabrın 16-da saat 16:00-da Qaradağ Təlim-İdman Bazasında təşkil olunacaq.

Qeyd edək ki, Spartakiadaya mini-futbol, atletika və futtennis idman növləri ilə start verilib.

[medium=left]http://neftchi.org/uploads/posts/2018-10/1539629088_725a0001.jpg[/medium
XXVI Spartakiadaya start verildiXXVI Spartakiadaya start verildiXXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi
XXVI Spartakiadaya start verildi