Xəbərlər


“Qaradağ Lökbatan” qələbə qazandı

Birinci Divizionda VI turun oyunlarına yekun vurulub.

Qaradağ Təlim-İdman Bazasının stadionunda "Qaradağ Lökbatan” komandası "Turan Tovuz” klubu ilə üz-üzə gəlib. Rəqibindən daha üstün oyun sərgiləyən komandamız 2:0 hesablı qələbəyə sevinib. İlk hissədə qapılara qol vurulmasa da, fasilədən sonra futbolçularımız on dəqiqə ərzində iki dəfə tovuzluları mərkəzə dəvət ediblər. Matçın 60-cı dəqiqəsində Rövşən Şahmuradov, 70-ci dəqiqədə isə Camal Camalov adını tabloya yazdırıb.