Xəbərlər


Güllə atıcılığı üzrə Bakı kuboku keçirilib

Gənclər arasında güllə atıcılığı üzrə Bakı şəhər kubokuna yekun vurulub. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 10 komandanın idmançıları mübarizə aparıb.

Klubumuzun turnirə qatılan güllə atıcılarından Lalə Mirzəzadə qadınlar arasında PTÇ-2 tipli tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 549 xal toplayaraq gümüş medala layiq görülüb.

Atıcılığın mix team növündə isə Zeynəb Abbasova (PTÇ-2) və Vladislav Kalmıkovdan (PTÇ-3) ibarət komandamız eyni məsafəyə atəşaçmada 344 xalla ikinci yeri tutub.