Xəbərlər


Hidayət Heydərov dünya üçüncüsü oldu

Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Hidayət Heydərov əzmlə mübarizə apararaq dünya çempionatının bürünc medalına sahib olub.73 kq çəki dərəcəsində mübarizə aparan idmançimız son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb. Klubumuzun yetirməsi rəqibinə vazari xalı ilə qalib gəlib.
Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib.

Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək mötəbər yarışda 125 ölkədən 800-dək idmançı mübarizə aparır.

Hidayət Heydərov dünya üçüncüsü olduHidayət Heydərov dünya üçüncüsü olduHidayət Heydərov dünya üçüncüsü oldu