Xəbərlər


Yeniyetmə cüdoçumuz Avropa üçüncüsü oldu

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçuların Avropa birinciliyinə start verilib. Sentyabrın 16-dək davam edəcək yarışda 42 ölkədən 405 cüdoçu (217 kişi, 188 qadın) qalib adı uğrunda mübarizə aparır.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu, 55 kiloqram çəki dərəcəsində çıxış edən Balabəy Ağayev mötəbər turnirin bürünc medalına sahib olub.