Xəbərlər


“Qaradağ Lökbatan” “Keşlə-2” komandasını minimal hesabla məğlub etdi

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda üçüncü turun oyunlarına start verilib.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” "Keşlə-2” komandasını qəbul edib. Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyun komandamızın qələbəsi ilə başa çatıb. Matçın start fiti verilən kimi irəli atılan futbolçularımız üstünlüyü ələ alıblar. Bunun sayəsində komandamıza qələbə qazandıran qol çox da gecikməyib. Oyunun 15-ci dəqiqəsində vurulan və qarşılaşmanın taleyini həll edən yeganə qolun müəllifi Bəhruz Teymurov olub – 1:0. İkinci hissədə qapılara top vurulmayıb və matç elə bu hesabla da sona yetib.