Xəbərlər


Velosipedçilərimiz müxtəlif yarışlarda medallara sahib olublar

Velosiped idmanının trek növü üzrə keçirilən Azərbaycan çempionatına yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçisi Nofəl Nuriyev əzmlə mübarizə apararaq yeniyetmələr arasında fərdi yarışda 3 kilometr məsafənin qətində gümüş medala layiq görülüb.

Qeyd edək ki, bugünlərdə Rizə şəhərində şose (dairəvi) növü üzrə təşkil olunan açıq Türkiyə çempionatında digər velosipedçimiz Mahmud Məmmədov 25 kilometr məsafəyə yürüşdə bürünc medal qazanmışdı.