Xəbərlər


Pərviz Həsənov dünya çempionu oldu

Polşanın Mlava şəhərində xüsusi qrup insanlar arasında keçirilən 64 xanalı dama üzrə dünya çempionatına yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçisi, Azərbaycan və Avropa çempionu, beynəlxalq usta Pərviz Həsənov yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb. İdmançımız İsveçrə sistemi ilə keçirilən mötəbər turnirdə 7 tura 13 xal toplayaraq (6 qələbə, 1 heç-heçə) dünya çempionatının qızıl medalına sahib olub.

Pərviz Həsənov dünya çempionu olduPərviz Həsənov dünya çempionu olduPərviz Həsənov dünya çempionu oldu