Xəbərlər


Yeniyetmə tennisçimiz Türkiyədən medalla dönür

İstanbulda yeniyetmələr arasında keçirilən "Türk dünyası ulduzlarının stolüstü tennis liqası” başa çatıb. Azərbaycan, Türkiyə, Özbəkistan və Şimali Kiprdən tennisçilərin iştirak etdiyi liqa oyunlarının sonuncu iki günündə komanda və şəxsi yarışlar keçirilib. Dostluq görüşü və yeniyetmələrin təcrübə mübadiləsi məqsədi ilə komanda oyunlarında yığmaların tərkibi müxtəlif ölkələrin idmançılarından ibarət olub.

"Neftçi İdman Klubu”nun tennisçisi Zemfira Mikayılovanın təmsil olunduğu yığma komanda yarışlarında üçüncü yeri tutub.

Yeniyetmə idmançımız qızların şəxsi mübarizəsində də bürünc medala sahib olub.

Yeniyetmə tennisçimiz Türkiyədən medalla dönürYeniyetmə tennisçimiz Türkiyədən medalla dönürYeniyetmə tennisçimiz Türkiyədən medalla dönür