Xəbərlər


Elmar Qasımov Belarusda çempion oldu

Belarusun paytaxtı Minsk şəhərində keçirilən cüdo üzrə açıq Avropa çempionatına yekun vurulub. 40 ölkədən 390 idmançının (272 kişi, 118 qadın) qalib adı uğrunda yarışdığı çempionatında Azərbaycan millisi 12 cüdoçu (4 kişi, 8 qadın) ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer almış yetirmələrindən 100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov mötəbər turnirdə böyük uğura imza atıb. Belə ki, idmançımız bütün qarşılaşmaları qələbə ilə başa vuraraq qitə çempionatının qızıl medalına sahib olub.