Xəbərlər


İntiqam Vəlizadə də Avropa birinciliyini medalla başa vurdu

İtaliyanın paytaxtı Romada keçirilən gənc güləşçilərin Avropa birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış sərbəst güləşçisi, 61 kiloqram çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə yalnız həlledici final görüşündə məğlub olub və mötəbər turnirin gümüş medalına layiq görülüb.

Xatırladaq ki, yarışın əvvəlki günlərində yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kq) Avropa çempionu adına sahib olmuşdu.