Xəbərlər


Ülvi Qənizadə Avropa çempionu oldu

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Ülvi Qənizadə (72 kq) İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa birinciliyində turnirin qızıl medalını qazanıb.

Pəhləvanımız çempionluğa gedən yolda ukraynalı Pərviz Nəsibovu, litva təmsilçisi Titas Kerşeviçiusu, erməni Malxas Amoyanı, gürcüstanlı Nikoloz Çikaidzeni və finalda isə rusiyalı Məhəmməd Yarbilovu məğlubiyyətə uğradıb.

Təbii ki, ən prinsipial görüş erməni idmançısı ilə qarşılaşma olub. Malxas Amoyan Ülvi Qənizadəyə qalib gələ bilməyəcəyini düşünərək sona on saniyə qalmış mübarizə aparmadan təslim olub.