Xəbərlər


Orxan Xanlarov Avropa çempionatında 3 qızıl medal qazanıb

Belarusun paytaxtı Minskdə zorxana idman növü üzrə Avropa çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçisi Orxan Xanlarov (70 kq) qitə yarışında əzmlə mübarizə apararaq 3 qızıl medala sahib olub. İdmançımız çərxi-çəməni, çərxi-tiz hərəkətlərində və komanda yarışında bu uğura imza atıb.