Xəbərlər


Məmmədəli Mehdiyev də bürünc medal əldə etdi

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri yarışına yekun vurulub. 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qalib adı uğrunda mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan millisi 11 cüdoçu (10 kişi, 1 qadın) ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan cüdoçusu Məmmədli Mehdiyev (90 kq) yarışın bürünc medalını qazanıb.

Qeyd edək ki, turnirin ikinci günündə klubumuzun daha bir yetirməsi Rüstəm Orucov (73 kq) da bürünc medala layiq görülmüşdü.