Xəbərlər


Qran-pridən ilk bürünc

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən "Neftçi İdman Klubu"nun cüdoçusu Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı Qran-pridə Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.