Xəbərlər


Yunan-Roma güləşçilərimiz Vehbi Emre turnirindən 3 medalla dönür

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir sona yetib.

"Neftçi İdman Klubu”nun yığma komandanın heyətində təmsil olunan üç pəhləvanı mükafatçılar arasına düşməyə müvəffəq olub. Güləşçilərimizdən yalnız final görüşündə məğlub olan İslam Abbasov (87 kq) gümüş medala sahib olub. Sakit Quliyev (60 kq) və Elvin Mürsəliyev (82 kq) isə turniri bürünc medalla başa vurublar.