Xəbərlər


Gənc cüdoçumuz Avropa kubokunun gümüş medalını qazanıb

Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa kuboku yarışına yekun vurulub. 39 ölkədən 430 cüdoçunun (280 oğlan, 150 qız) qatıldığı mötəbər turnirdə Azərbaycan millisi 17 idmançı (12 oğlan, 5 qız) ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer almış cüdoçusu, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev qitə turnirində uğurla çıxış edib. Belə ki, finala qədər maneəsiz irəliləyən gənc idmançımız yalnız həlledici görüşdə məğlubiyyət acısı yaşayıb və Avropa kuboku yarışının gümüş medalına layiq görülüb.

Qeyd edək ki, milli komandamız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci yeri tutub.