Xəbərlər

“Neftçi İdman Klubu”nun növbəti piyada turizm yarışı

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında növbəti dəfə piyada turizm yarışı təşkil etdi. İyulun 13-dən 15-dək Xaçmaz rayonunun meşə zolağında keçirilən turnirdə Neft Kəmərləri İdarəsi, Geofizika və Geologiya İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu və "Qaz İxrac” İdarəsindən beş komanda mübarizə aparırdı.

Yarışın keçirilməsində əsas məqsəd piyada turizm yarışını neftçilər arasında inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və tətbiq etmək idi.

Turnirin qaydasına görə, komandanın tərkibi 6 nəfərdən (3 kişi, 2 qadın və 1 nümayəndə) ibarət idi. Hər müəssisənin yarışda iki komanda ilə təmsil olunmaq hüququ vardı.

Öncə baş hakim Natalya Əliyeva iştitakçılara yarış haqda məlumat verdi. Yarışın keçirilmə qaydası aşağıdakı ardıcıllıqla təşkil olunmuşdu. Komanda əvvəlcə start nöqtəsində qurulmuş çadırı sökür. Sonra onlar bir qədər qaçaraq, irəlidə kəndirdən hörülmüş toru – "siçantutan”ı keçirdilər. Ardınca yenidən müəyyən məsafəyə qədər qaçan komanda üzvləri qarşıda quraşdırılmış nişangaha xüsusi ox atırdılar. Onlar burada qoyulmuş xüsusi kisələri götürür və hər bir iştirakçı qurşağa qədər ayrı-ayrı kisələrə girirdilər.Müəyyən məsafəni bu vəziyyətdə tullana-tullana qət edən yarışmaçılar təyin olunmuş nöqtədə kisələri kənara ataraq, növbəti maneəyə doğru qaçırdılar. Komanda üzvləri burada bir neçə taxtadan istifadə etməklə süni yaradılmış körpünü keçməli idilər. Sonra yenidən irəli qaçaraq, çayın üzərində və iki ağac arasında quraşdırılmış paralel kəndiri ayaqüstə keçən iştirakçılar müəyyən məsafəni qət etdikdən sonra yenidən çayın üstündən geri qayıdırdılar. Bu dəfə onlar asılmış kəndiri arxası üstə əllərini və ayaqlarını sürüşdürməklə keçməli idilər. Ardınca komanda bir qədər irəliyə qaçaraq, ağacdan asılmış kəndir vasitəsilə müəyyən olunmuş məsafəyə tullanır. Sonra zərərçəkənin daşınması nöqtəsindən komanda üzvlərindən ikisi yoldaşlarından birini əlləri və ya çiyinləri üzərinə götürür, qaçaraq onu finişə daşıyırdılar. Burada isə onlar start nöqtəsində sökdükləri çadırı yenidən quraşdıraraq əvvəlki vəziyyətinə qaytarırdılar. Yarışı ən tez və səhvsiz (və ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab olunurdu.

Beləliklə, bir neçə saat davam edən və marşrutunun rəngarəngliyi ilə hər kəsin böyük marağına səbəb olan yarışa yekun vuruldu. Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası turnirin qalibi adını qazandı. "Qaz İxrac” İdarəsi 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü yeri tutdu.

Sonda mükafatlandırma mərasimi keçirildi. "Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək, klubun idarəetmə aparatının rəhbərliyi və şəxsən Sadıq Sadıqovun adından tədbir iştirakçılarını salamladı. O, neftçilərə və onların ailə üzvlərinə sağlam həyat tərzini aşılamağın və asudə vaxtlarının səmərəli təşkil olunmasında daim yardımçı olmağın klubun prioritet məsələlərindən biri olduğunu bildirdi. Respublikamızda bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından söhbət açan klub rəsmisi, yarışda göstərdikləri fəallığa görə bütün iştirakçılara minnətdarlığını bildirdi, onlara cansağlığı arzuladı və qalibləri təbrik etdi.

Mükafatlandırma mərasimində əvvəlcə yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olundu. Bundan əlavə, «Neftçi İdman Klubu» «ən qocaman turist», «ən fəal turist» və «ən kiçik turist» nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Almaz Ağayeva ("Qaz İxrac” İdarəsi), Anar Mürsəlov (Neft Kəmərləri İdarəsi) və Ceyhun İbrahimov (Heydər Əliyev adına Neft Emalı Zavodu) layiq görüldülər. Nominasiya qalibləri də klubun diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

“Neftçi İdman Klubu”nun növbəti piyada turizm yarışı“Neftçi İdman Klubu”nun növbəti piyada turizm yarışı“Neftçi İdman Klubu”nun növbəti piyada turizm yarışı