Xəbərlər


Cüdoçularımız Avropa kubokunda 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar

 Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. 26 ölkədən 387 cüdoçunun (269 kişi, 118 qadın) qatıldığı yarışda Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan yetirmələrindən üçü mötəbər turnirin medalını qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yüz kiloqramdan artıq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, klubumuzun idmançısı Şahin Qəhrəmanov isə gümüş medal əldə edib. Digər təmsilçimiz Telman Vəliyev (73 kq) isə bürünc medala layiq görülüb.