Xəbərlər


Güləşçilərimiz “Çempionlar” turnirindən 2 medalla dönür

Türkiyənin İstanbul şəhərində gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə "Çempionlar” beynəlxalq turniri sona yetib.

Sayca 21-ci dəfə təşkil olunan turnirdə klubumuzun iki yetirməsi medala layiq görülüb.

Sərbəst güləşçilər arasında keçirilən yarışda 61 kiloqram çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə fəxri kürsünün 3-cü pilləsində dayanıb.

Altmış yeddi kiloqram çəkidə ölkəmizi təmsil edən Kamran Mirzəliyev isə yunan-Roma güləşçilərinin qatıldığı mübarizədə gümüş medala sahib olub.