Xəbərlər


İdmançılarımız Ukraynada keçirilən səmti müəyyən etmə turnirində uğurla çıxış ediblər

"Neftçi İdman Klubu”nun yetirmələri Ukraynada keçirilən səmti müəyyənetmə idman növü üzrə "Xatirə kuboku–2018” yarışlarında mübarizə aparıblar. Turnirdə iştirak edən idmançılarımızdan Süleyman Əliyev 2-ci, Vladislav Tuzov isə 3-cü idman dərəcələri qazanıblar.

21E kateqoriyasında təşkil olunan yarışda kişilər arasında Süleyman Əliyev və Vladislav Tuzov, qadınların mübarizəsində isə Anna Kamayeva gücünü sınayıb. Təyin olunmuş 12,4 kilometr məsafəni 2 saat 37 dəqiqəyə qət edən Süleyman Əliyev 18-ci, 2 saat 46 dəqiqəyə tamamlayan Vladislav Tuzov isə 21-ci olub. Qızlar arasında 9,8 kilometr məsafədə Anna Kamayeva 18-ci yeri tutub.

Turnirin sonuncu günündə idmançılar qısa məsafəyə qaçış üzrə bacarıqlarını nümayiş etdiriblər. Psel çayının sahilindəki qaçış ərazisində keçirilən yarışda Süleyman Əliyev 12-ci, Vladislav Tuzov isə 14-cü yerə çıxıb. Xanım idmançılar arasında Anna Kamayeva bu dəfə 9-cu pillədə qərarlaşıb.

İdmançılarımız Ukraynada keçirilən səmti müəyyən etmə turnirində uğurla çıxış ediblər