Xəbərlər


Şahanə Nəzərova da dünya birinciliyini medalla başa vurdu

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin dünya birinciliyi davam edir. Yarışın üçüncü günündə qızlar mübarizəyə qoşulublar.
"Neftçi İdman Klubu”nun ölkəmizi mötəbər turnirdə təmsil edən daha bir güləşçisi mükafata layiq yer tutub. 43 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Nəzərova ardıcıl olaraq Yaponiya, Fransa və Ukrayna idmançıları üzərində qələbə qazanıb və finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada ABŞ təmsilçisinə məğlub olan xanım idmançımız dünya birinciliyinin gümüş medalına layiq görülüb.

Xatırladaq ki, yarışın əvvəlki günlərində sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) bürünc medala yiyələnmişdi.