Xəbərlər


Güləşçimiz Əbülfəz Nəsirov dünya üçüncüsü oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilərin dünya birinciliyi davam edir. Yarışda xalça üzərinə öncə sərbəst güləşçilər çıxıblar.

"Neftçi İdman Klubu”nun yığma komandanın heyətində yer alan və təsəlliverici görüşdə qələbə qazanan yeniyetmə sərbəst güləşçisi Əbülfəz Nəsirov bürünc medal görüşünə haqq qazanıb. Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız bu qarşılaşmada Gürcüstan idmançısına da qalib gəlib və dünya birinciliyinin bürünc medalına sahib olub.