Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri ilin birinci yarısında 673 medal qazanıblar

"Neftçi İdman Klubu” İctimai Birliyi həmişə olduğu kimi, bu il də böyük uğurlara imza ataraq, öncüllüyünü qorumaqdadır. Belə ki, idmançılarımız ilin ilk yarısında əldə etdikləri medalların sayına görə yenə də liderliyi əldən verməyiblər. Klubun yetirmələri ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq, 205-i qızıl, 189-u gümüş və 279-u bürünc olmaqla, ümumilikdə 673 medala yiyələniblər. Təmsilçilərimiz dünya yarışlarında 16 (4 qızıl, 5 gümüş, 7 bürünc), Avropa yarışlarında 33 (11 qızıl, 9 gümüş, 13 bürünc), beynəlxalq turnirlərdə isə 51 medal (13 qızıl, 18 gümüş, 20 bürünc) qazanıblar. Respublika səviyyəli yarışlarda 229 dəfə fəxri kürsüyə qalxan atletlərimiz (75 qızıl, 64 gümüş, 90 bürünc) paytaxt yarışlarında 198 (62 qızıl, 50 gümüş, 86 bürünc), digər yarışlarda isə 146 medala (40 qızıl, 43 gümüş, 63 bürünc) sahib olublar.