Xəbərlər


Samboçularımız dünya kubokunda 3 medala sahib olublar

Qazaxıstanın Astana şəhərində keçirilən sambo üzrə dünya kubokuna yekun vurulub.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış təmsilçilərindən üçü mötəbər turnirin medalını qazanıb. Samboçularımızdan 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağasif Səmədov yalnız final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. Cavidan Qarayev (62 kq) və Samir Kərimov (74 kq) isə yarışı 3-cü yerdə başa vurublar.