Xəbərlər


İyirmi üç yaşlılardan ibarət cüdoçularımız ölkə birinciliyinin qalibi olublar

Sumqayıt Olimpiya İdman Kompleksində 23 yaşlı cüdoçular arasında keçirilən respublika birinciliyi başa çatıb. İki gün davam edən yarışda 49 komandadan 373 idmançı (306 oğlan, 67 qız) medallar uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu” birincilikdə 52 cüdoçu ilə təmsil olunub. İdmançılarımız yarışın 11 medalını (3 qızıl, 3 gümüş, 5 bürünc) qazanaraq, ümumkomanda hesabında birinci yeri tutublar.

Cüdoçularımızdan 73 kiloqram çəkidə çıxış edən Rüfət Məmmədov, Azər Yaqubov (90 kq) və Səkinə Zairova (57 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Əli Nuriyev (73 kq), Emil Hüseynov (81 kq), Fidan Hüseynova (63 kq) gümüş, Balabəy Ağayev(60 kq), Naim Hüseynov (81 kq), Aslan Mirzəyev, Coşqun Abdullayev (hər ikisi 90 kq) və Aytac Quluzadə (48 kq) isə bürünc medala layiq görülüblər.