Xəbərlər


Atletimiz kiçik ölkələrin Avropa çempionatında qızıl medal qazanıb

Lixtenşteyndə atletika üzrə kiçik ölkələrin Avropa çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçisi Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış yarışlarında 11.61 saniyə nəticə ilə Azərbaycan rekorduna imza atıb və çempionatın gümüş medalına layiq görülüb. Xanım atletimiz 200 metr məsafəyə qaçışda daha böyük uğura imza atıb. Belə ki, idmançımız bu yarışlarda 23.56 saniyə nəticə göstərərək qızıl medala sahib olub.