Xəbərlər


Paralimpiyaçılarımızdan növbəti medal dəsti...

Cənubi Koreyanın Seul şəhərində keçirilən "İBSA Dünya Oyunları"nın ikinci günündə üzgüçülük idman növü üzrə 100 metr bel üstə məsafədə 1.03.05 saniyə nəticəylə Dmitriy Saley gümüş, 400 m sərbəst üsulla 4 dəqiqə 38 saniyə nəticəylə Roman Saley bürünc medal qazanmışlar.
Atletika idman növü üzrə uzunluğa tullanmada Kamil Əliyev 7.01 sm nəticəylə qızıl, Valdimir Zaes isə nizə atma idman növündə 45.46 sm nəticəylə gümüş medal qazanmışlar. Qeyd edək ki, 4 idmançının hamısı "Neftçi İdman Klubu"nu təmsil edir
Paralimpiyaçılarımızdan növbəti medal dəsti...