Xəbərlər


Qılıncoynadanlarımız paytaxt çempionatında

Azərbaycan Texniki Universitetinin idman zalında qılıncoynatma üzrə açıq Bakı çempionatına yekun vurulub. Klubumuzun yetirmələri turnirdə 7 medala (2 qızıl, 2 gümüş, 3 bürünc) yiyələniblər. Sablya növü üzrə keçirilən yarışda qadınlar arasında Sevinc Bünyatova çempion adını qazanıb. Sevil Bünyatova gümüş, Nərminə Cəfərova isə bürünc medala layiq görülüb. Kişilərin yarışında Cavanşir Ağakişiyev qızıl medala sahib olub. Elvin Rzazadə 2-ci, Abdulla Həsənov və Murad Əkbərov isə 3-cü yeri tutublar