Xəbərlər


Gənc cüdoçularımız Avropa kubokunda 2 medal əldə ediblər

Avstriyada gənc cüdoçular arasında keçirilən açıq Avropa kuboku turniri başa çatıb.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan cüdoçularından ikisi mükafata layiq yer tutub. Onlardan 55 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev və İbrahim Əliyev (66 kq) mötəbər yarışın bürünc medalına sahib olublar.

Qeyd edək ki, Azərbaycan millisinin 21 idmançı ilə qatıldığı turnirdə 39 ölkədən 580 cüdoçu qalib adı uğrunda yarışıb.