Xəbərlər


Pauerliftinqçilərimiz beynəlxalq turnirdən 2 medalla ayrılıblar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə "AAAF Park” Yaşayış Kompleksinin yarış zalında pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq turnir sona yetib. Yarışda Azərbaycan ilə yanaşı, İran, Rusiya, Türkiyə və Gürcüstandan yüzdən çox idmançı qüvvəsini sınayıb.

Klubumuzun pauerliftinqçilərindən 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmir Tarverdiyev toplam 500 kq ağırlığın öhdəsindən gələrək qızıl medal qazanıb. Gündüz Məmmədov (90 kq) isə 740 kq nəticə ilə gümüş medala layiq görülüb.