Xəbərlər


Səmti müəyyən etmə komandamız beynəlxalq turnirdə 3-cü yeri tutub

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə beynəlxalq kubok yarışları keçirilib. Üç gün davam edən turnir Bakı, Şabran və Xaçmaz rayonlarında təşkil olunub. Yarışda yerli təmsilçilərlə yanaşı, 16 xarici ölkədən olan idmançılar da mübarizə aparıblar. 250-dən çox idmançının qatıldığı turnir tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib. Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən yarışda kateqoriyalar üzrə fərdi və komanda hesabında qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu”nun komandası böyük əzmkarlıq nümayiş etdirərək ümumi hesabda üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi qalib adını qazanıb və yarışın kubokuna sahib olub.

Səmti müəyyən etmə komandamız beynəlxalq turnirdə 3-cü yeri tutubSəmti müəyyən etmə komandamız beynəlxalq turnirdə 3-cü yeri tutubSəmti müəyyən etmə komandamız beynəlxalq turnirdə 3-cü yeri tutub