Xəbərlər


Cüdoçularımız Avropa kuboku yarışlarında 4 medala sahib olublar

Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçirilib.

İyirmi səkkiz ölkədən 416 idmançının (241 oğlan, 175 qız) mübarizə apardığı turnirdə Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığma komandanın heyətində yer almış yetirmələri mötəbər turnirdə böyük uğura imza atıblar. Belə ki, yeniyetmə cüdoçularımız əzmkarlıq nümayiş etdirərək yarışın 4 medalına yiyələniblər. İdmançılarımızdan 66 kiloqram çəki dərəcəsində olkəmizi təmsil edən Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olub. Yalnız finalda məğlub olan Şükran Zamanlı (50 kq) gümüş medala layiq görülüb. Aytac Qardaşxanlı (48 kq) və İbrahim Ağakişiyev (81 kq) isə turniri üçüncü pillədə başa vurublar.