Xəbərlər

“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi müəssisələri və digər təşkilatların işçiləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş mini-futbol turniri keçirdi. Yarışda 14 komanda qalib adı uğrunda mübarizəyə qoşulmuşdu. "A” qrupunda "Suraxanı Oyl”, "Neftqaztikinti” Tresti, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi, "B” qrupunda "Bahar Enerji” Əməliyyat Şirkəti, Nəqliyyat İdarəsi, Ekologiya İdarəsi, Kompleks Qazma İşləri Tresti, "C” qrupunda "Qaz İxrac” İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, Təhlükəsizlik İdarəsi, "D” qrupunda isə "Azneft” İstehsalat Birliyi, "SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti və Qaz Emalı Zavodunun komandaları yer almışdılar.

Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də bu idman növünün kütləviləşməsinə köməklik göstərilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli qeyd edilməsi idi.

Bakı Olimpiya Stadionunda təşkil olunan turnirdə finala "SOCAR Petroleum” və "Azneft” komandaları vəsiqə qazandılar. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada tərəflər demək olar ki, bərabər oyun nümayiş etdirirdilər. Qarşılıqlı hücumlarla müşayiət olunan oyunun əsas vaxtı da elə bərabər hesabla başa çatdı­­-2:2. Matçın əlavə oynanılan on dəqiqəsində isə "SOCAR Petroleum” daha əzmlə mübarizə apararaq üstünlüyü ələ almağı bacardı və nəticədə qələbə qolunu vurmağa müvəffəq oldu-3:2. Beləliklə, rəqibini 3:2 hesabı ilə məğlub edən "SOCAR Petroleum” ASC-nin komandası mini-futbol turnirinin qalibi adını qazandı. "Azneft” 2-ci, "Suraxanı Oyl” komandası isə 3-cü yeri yeri tutdu.

Klubumuz "ən yaxşı qapıçı”, "ən yaxşı oyunçu” və "ən məhsuldar oyunçu” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Üzeyir Fərzəliyev ("Suraxanı Oyl”), Vüsal Məmmədov ("SOCAR Petroleum”) və Mehman Baxşəliyev ("Azneft” İB) layiq görüldülər.

Turnirin sonunda düzənlənən mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. O, ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən qayğıdan söhbət açaraq, cümhuriyyətimizin yubileyi münasibətilə respublikamızda təşkil olunan çoxsaylı möhtəşəm tədbirlərdən danışdı. Onlara turnirdə fəal iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirən klub rəsmisi, yarış iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu etdi. Sonra o, qalib komandalara qazandıqları qələbə münasibətilə təbriklərini çatdırdı.

Birinci, ikinci və üçüncü yerləri tutmuş komandalar "Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim olundu.

“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi