Xəbərlər


Atletlərimiz 4 qızıl medal əldə ediblər

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə respublika çempionatı keçirilib. Yarışda 15 klubdan 100-dən artıq idmançı medallar uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun atletləri ölkə çempionatının 4 qızıl medalına sahib olublar. Təmsilçilərimizdən Zəkiyyə Həsənova qadınlar arasında 100 metr (11.74) və 200 metr (24.55) məsafəyə qaçış yarışlarında finişə ən tez çatan idmançı olub.

Kişilərin mübarizəsində Nazim Babayev uzunluğa tullanma yarışında 7,54 metr nəticə göstərərək liderliyə yüksəlib. Orxan Qasımov isə nizə atma növündə 40,70 metr nəticə ilə Azərbaycan çempionu olub.