Xəbərlər


Cüdo üzrə Bakı birinciliyi keçirilib

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 30 komandadan 288 cüdoçu (254 oğlan, 34 qız) qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçisi, 63 kiloqram çəki dərəcəsində çıxış edən Cəmalə Muqumova bütün qarşılaşmaları qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.