Xəbərlər


Pərviz Həsənov Avropa çempionu olub

Polşanın Nidzitsa şəhərində xüsusi qrup insanlar arasında dama üzrə beşinci Avropa çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçisi, beynəlxalq usta Pərviz Həsənov mötəbər turnirdə böyük uğura imza atıb. Damaçımız İsveçrə sistemi ilə keçirilən yarışda 7 tura 11 xal toplayaraq ilk dəfə Avropa çempionu adını qazanıb. Bundan əlavə, idmançımız rapid (sürətli proqram) ümumi turnirində də 1-2-ci yerləri bölüşərək yüksək ada layiq görülüb.