Xəbərlər


Qılıncoynadanlarımızdan 2 qızıl medal

Azərbaycan Texniki Universitetinin idman zalında qılıncoynatma üzrə respublika çempionatına yekun vurulub. Yarışda 90 idmançı bacarığını nümayiş etdirib.

Klubumuzun qılıncoynadanları çempionatda iki medal qazanıblar. Sablya yarışlarında Sevil Bünyatova qadınlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında keçirilən rapira yarışında isə Cavanşir Ağakişiyev eyni uğura imza ataraq Azərbaycan çempionu olub.