Xəbərlər


Samboçularımız Avropa çempionatından 3 medalla dönürlər

Yunanıstanın paytaxtı Afinada keçirilən sambo üzrə Avropa çempionatı başa çatıb.

2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya verən yarışda "Neftçi İdman Klubu”nun üç samboçusu medallara layiq görülüb. Azərbaycan millisinin heyətində təmsil olunan idmançılarımızdan Mehman Xəlilov (57 kq), Cavidan Qarayev(62 kq) və Emil Həsənov (68 kq) əzmlə mübarizə apararaq Avropa çempionatının bürünc medalına sahib olublar. Bununla bərabər, hər üç samboçumuz II Avropa Oyunlarına lisenziya əldə edib.