Xəbərlər


Şahanə Nəzərova Avropa ikincisi oldu

"Neftçi İdman Klubu”nun yetirməsi Şahanə Nəzərova (43 kq) Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında gümüş medala sahib olub. İdmançımız Bolqarıstan, Fransa və Rusiya təmsilçiləri üzərində qələbə qazanaraq həm finala yüksəlib, həm də Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Gərgin mübarizə şəraitində keçən final görüşündə 2-2 bərabərlik qeydə alınsa da, texniki üstünlük rəqibdə olub və güləşçimiz ikinci yerlə kifayətlənməli olub.