Xəbərlər


Qılıncoynadanlarımız Tbilisidə 2 medal qazanıblar

Gürcüstanın paytaxtı Tbilisidə 2003-2005 və 2006-2008-ci il təvəllüdlü qılıncoynadanlar arasında keçirilən beynəlxalq turnir sona yetib.

Sablya, şpaqa və rapira növləri üzrə təşkil olunan yarışa Azərbaycan 17 idmançı ilə qatılıb.

"Neftçi İdman Klubu”nun yığmamızın heyətində təmsil olunan qılıncoynadanlarından ikisi turnirin mükafatçıları arasında yer alıb. İdmançılarımızdan Fidan Quliyeva 2006-2008-ci il təvəllüdlü sablyaçıların yarışında qızıl medala layiq görülüb. Murad Muradov isə həmin yaş kateqoriyasında bürünc medala sahib olub.