Xəbərlər


Atletika üzrə Bakı şəhər birinciliyi başa çatıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə paytaxt birinciliyinə yekun vurulub. Yarışda 2001-2002-ci il təvəllüdlü idmançılar bacarıqlarını nümayiş etdiriblər.

"Neftçi İdman Klubu”nun atletləri Bakı birinciliyinin 4 medalını qazanıblar. Nizə atma yarışında Könül Əliyeva 18 metr nəticə ilə qızıl medala sahib olub. Aysun Əhmədova (13,98 metr) 2-ci, Rəna Nəsirova (11,12 metr) isə 3-cü yeri tutub.

Nüvəitələmə idman növündə Könül Əliyeva 8,30 metr nəticə göstərərək birinciliyin gümüş medalına layiq görülüb.
Atletika üzrə Bakı şəhər birinciliyi başa çatıbAtletika üzrə Bakı şəhər birinciliyi başa çatıb