Xəbərlər

“Neftçi İdman Klubu” şahmat turniri keçirib

"Neftçi İdman Klubu”nun 2004-2005, 2006-2007, 2008-2009, 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında şahmat üzrə açıq birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş turnir Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında baş tutub. Yarışda 47 idmançı qalib adı uğrunda mübarizə aparıb.

2004-2005-ci il təvəllüdlülər arasında Nicat Fərzəliyev qalib adını qazanıb. İlham Ağayev 2-ci, Elvin Haqverdiyev isə 3-cü yeri tutub. 2006-2007-ci il təvəllüdlü şahmatçıların yarışında Cəbrayıl Zərbəliyev liderliyə yüksəlib. Əliqismət Hüseynzadə və Üzeyir Əlizadə isə müvafiq olaraq 2-ci, 3-cü yerləri bölüşdürüblər. Nuray Musayeva 2008-2009-cu il təvəllüdlülərin mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tamerlan İbrahimli 2-ci, Fidan Aşırlı isə 3-cü pillədə qərar tutub. 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında Ayan Mirzəzadə bütün rəqiblərindən üstün olub. Aylin Mütəllimzadə 2-ci, Ahu Şahmalıyeva isə 3-cü yerə çıxıb.

Turnirin qalib və mükafatçılarına "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

“Neftçi İdman Klubu” şahmat  turniri keçirib“Neftçi İdman Klubu” şahmat  turniri keçirib“Neftçi İdman Klubu” şahmat  turniri keçirib“Neftçi İdman Klubu” şahmat  turniri keçirib