Xəbərlər


İdmançımız ikiqat Avropa çempionu oldu

Rusiyada keçirilən güləş üzrə Avropa çempionatında bahadırlarımız gözəl və gərgin çıxışları ilə yenidən adlarını güləşin tarixi səlnaməsinə sala biliblər.

"Neftçi İdman Klubu”un yetirməsi, 65 kq çəkidə döşək üzərinə çıxan pəhləvanımız Hacı Əliyev bu dəfə də rəqiblərinə heç bir şans buraxmayaraq finala vəsiqə qazandı.

İlk görüşündə Hacı Əliyev Avstriya, sonar Türkiyə və Serbiya güləşçilərini ram edərək finala vəsiqə qazandı. Finalda rəqibi Rusiyadan olan tanınmış idmançı Bekbulatovla qarşılaşdı. Gərgin keçən görüşdə 2:7 hesabı ilə arxada olan pəhləvanımız sona altı saniyə qalmış 8:7 hesabda irəli çıxdı və ikinci dəfə Avropa çempionu adına layiq görüldü.

İdmançımız ikiqat Avropa çempionu olduİdmançımız ikiqat Avropa çempionu olduİdmançımız ikiqat Avropa çempionu oldu