Xəbərlər


Samboçularımız 11 medala sahib olublar

Abşeron Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü idmançılar arasında sambo üzrə Sabir Hüseynovun xatirəsinə həsr olunmuş açıq Bakı turniri keçirilib. Yarışda 172 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Klubumuzun samboçuları turnirin 11 medalını (5 qızıl, 1 gümüş, 5 bürünc) qazanıblar. Təmsilçilərimizdən Orxan Qəhrəmanov (50 kq), Rəvan Rüstəmli (60 kq), Adil Adilzadə (72 kq), Murad Məmmədov (84 kq) və Məhəmməd Məmmədov (+84 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq turnirin qızıl medallarına sahib olublar.